Şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti dayandırılacaq
Bakı, 20 may, AZƏRTAC
Mayın 26-sı saat 18:00-dan etibarən 2025-2026-cı tədris ilinin ikinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti dayandırılacaq.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, iyunun 5-i saat 15:00-a qədər təsdiqlənmiş sorğular üzrə tələb olunan müvafiq sənədlər ümumi təhsil müəssisələrinə təqdim edilməlidir. Göstərilən tarixədək tamamlanmayan sorğular və növbələr sistem tərəfindən avtomatik olaraq ləğv ediləcək.
Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi sy.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:23]
BMU “ADEX 2026” sərgisində milli tədqiqatlara töhfəsinə görə təltif olunub
- 05.10.2026 [15:43]
Çinin 23 vətəndaşı Azərbaycanda magistratura və doktorantura təhsili alacaq
- 05.10.2026 [14:44]
MEK-də Beynəlxalq Müəllimlər Gününə həsr edilən sərgi
- 05.10.2026 [14:40]