BMT-nin daha böyük rol oynaya biləcəyi sahə institusional çərçivə və ümumi ekosistemdir
Bakı, 20 may, AZƏRTAC
BMT-nin daha böyük rol oynaya biləcəyi sahə institusional çərçivə və ümumi ekosistemdir. Biz çox danışırıq ki, gələcəyin həlli dövlət-özəl tərəfdaşlıqlarıdır. Amma bir çox ölkələrdə bunun üçün hüquqi baza hələ mövcud deyil.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Meksikadakı rezident koordinatoru Alleqra Mariya BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "Qlobal Mənzil Maliyyələşdirilməsindən Yerli Əlçatan Mənzil Gündəliyinə: Qlobal İnkişaf və Submilli Maliyyələşdirmədən İstifadə" adlı tədbirdə çıxış edərkən deyib.
O çıxışında Meksikadan əvvəl Kosta-Rikada işlədiyini bildirib və qeyd edib ki, orada əsas problem ideyanın olmaması deyildi: “Problem ondan ibarət idi ki, hüquqi baxımdan dövlət-özəl tərəfdaşlıqlarını həyata keçirmək olduqca mürəkkəb idi. Bu səbəbdən işimizin böyük hissəsi qanunvericilik islahatlarının aparılmasına yönəlmişdi. Bu, bir çox digər sahələr üçün də keçərlidir. Düşünürəm ki, burada haradasa bələdiyyələrin səlahiyyətləri, onların rol və məsuliyyətləri ilə əldə etdikləri maliyyə resursları arasındakı uyğunsuzluq barədə müzakirələr gedir.
Bu səbəbdən bələdiyyə gəlirlərinin gücləndirilməsi üzərində aparılan işlər də çox vacibdir. Biz bu istiqamətdə BMT UN-Habitat ilə çox işləmişik, çünki onların bu sahədə çox yaxşı alətləri var.
Bu alətlər bələdiyyələrə özlərinə sual verməyə kömək edir: mən gəlirlərimi necə artıra bilərəm? Hansı mənbələrə indiyədək diqqət yetirməmişəm və onlar mənim maliyyə imkanlarımı necə artıra bilər? Buraya gələndə avtobusda bir rezident koordinator həmkarımdan soruşdum ki bu zalda paylaşa biləcəyim uğurlu bir təcrübən varmı? Onun cavabı belə oldu ki, xeyr, amma bu mövzuda danışmağa çox vaxt sərf etmişəm.
Düşünürəm ki, bu hiss müəyyən mənada hamımız üçün ortaqdır, ən azından BMT tərəfi üçün”.