Mer: İqtisadiyyatı inkişaf etdirmək üçün infrastruktur gücləndirilməlidir
Bakı, 20 may, AZƏRTAC
Biz bələdiyyə dəstəyinin necə həyata keçirilməsini Keyptaunda öyrəndik. COVID zamanı maliyyə çətinliyi çəkdik, 4 milyon büdcə kəsri ilə yaşadıq. 4 il əvvəl ilk dəfə olaraq audit həyata keçirdik və bazar barədə araşdırmalar apardıq.
AZƏRTAC xəbər verir ki, bu barədə Cənubi Afrikanın Tşvana şəhərinin meri Nasiphi Moya BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Bankçılıq üçün yararlı bələdiyyələr, yaşanacaq şəhərlər" mövzusunda tədbirdə deyib.
“Qərara gəldik ki, iqtisadiyyatımızı inkişaf etdirək və bunun üçün infrastruktur gücləndirilməlidir, audit nəticələrimizi optimallaşdırmalıyıq. Biz Dünya Bankı kimi bazarlara girməliyik. Kasıb insanlar kənarda qala bilməz. Sosial məsələlər elektrik məsələləri nəzərə alınmalıdır”, - deyə Nasiphi Moya əlavə edib.
Foto: Samirə Quliyeva