İsmayıl Zeynalov: Gələcək şəhərlər dayanıqlıq və təhlükəsizlik əsasında qurulmalıdır
Bakı, 20 may, AZƏRTAC
İqlim dəyişiklikləri tikinti və şəhər təhlükəsizliyinə birbaşa təsir göstərir. Güclü küləklər, yağıntılar və digər ekstremal hava şəraiti şəhər infrastrukturunun dayanıqlığını sınağa çəkir. Buna görə də gələcək şəhərlər yalnız estetik baxımdan deyil, həm də dayanıqlıq və təhlükəsizlik prinsipləri əsasında qurulmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin rəis müavini İsmayıl Zeynalov mayın 20-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "İnklüziv şəhərlər naminə birlik: şəhər dayanıqlılığı üçün BMT təşəbbüslərindən istifadə" adlı panel sessiyasında çıxışı zamanı söyləyib.
"Tikinti təhlükəsizliyi təkcə dövlət orqanlarının deyil, həm də mühəndislərin, ekspertlərin və vətəndaş cəmiyyətinin birgə məsuliyyətidir. Bu sahədə ən vacib məsələlərdən biri peşəkar kadr hazırlığıdır. Təhlükəsizlik üzrə mütəxəssislərin beynəlxalq standartlara uyğun sertifikatlaşdırılması və davamlı təlim proqramları xüsusi əhəmiyyət daşıyır", - deyə o qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.05.2026 [17:31]
Nigar Məmmədova: Parlamentarilər cəmiyyətlə dövlət arasında körpüdür
- 20.05.2026 [17:24]
WUF13-ün polşalı iştirakçıları Lənkəranda
- 20.05.2026 [17:24]
Ömər Əbdül Səməd: WUF13-ün Bakıda keçirilməsi həqiqətən də tarixi hadisədir
- 20.05.2026 [17:23]