Dilfuza Şiriyeva: WUF13-də təşkilatçılıq Türkmənistan nümayəndə heyətində yaxşı təəssürat doğurub
Bakı, 20 may, AZƏRTAC
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) gələcəyin dayanıqlı şəhərlərinin formalaşması kontekstində əsas tədbirdir.
Bu barədə Türkmənistan Prezidenti yanında Arkadağ Şəhərinin Tikintisi üzrə Dövlət Komitəsinin rəsmi nümayəndəsi Dilfuza Şiriyeva AZƏRTAC-a verdiyi müsahibədə bildirib.
O qeyd edib ki, tədbirin təşkili Türkmənistan nümayəndə heyətinə çox müsbət təsir bağışlayıb və Bakı forumu onlara öz ölkələrində ilk və indiyə qədər yeganə “ağıllı şəhər” olan Arkadağın inkişafına dair öz təcrübələrini təqdim etmək üçün yaxşı fürsət olub.
Şiriyeva vurğulayıb ki, “Ağıllı şəhər” konsepsiyası, ilk növbədə, təhlükəsizliklə bağlıdır. Arkadağ seysmik dağətəyi zonada yerləşdiyindən, şəhərdə xüsusi seysmoloji sensorlar quraşdırılıb. Bundan əlavə, görmə qabiliyyəti zəif olan sakinlər üçün “ağıllı” işıqforlar və piyada keçidləri tətbiq edilib.
Ölkələr arasında əməkdaşlıq perspektivlərindən danışan agentliyin müsahibi ev sahibi ölkədə sürətli inkişaf tempini qeyd edib və köhnə memarlıqla müasir şüşə binaların maraqlı birləşməsinə diqqət çəkib. Onun sözlərinə görə, bu kontrast xüsusilə nəzərə çarpır və güclü təəssürat yaradır.
Müxbir – Tamilla Məmmədova
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.05.2026 [17:31]
Nigar Məmmədova: Parlamentarilər cəmiyyətlə dövlət arasında körpüdür
- 20.05.2026 [17:24]
WUF13-ün polşalı iştirakçıları Lənkəranda
- 20.05.2026 [17:24]
Ömər Əbdül Səməd: WUF13-ün Bakıda keçirilməsi həqiqətən də tarixi hadisədir
- 20.05.2026 [17:23]