Vasil Mazitov: Dağlıq ərazilərin potensialı rəqəmsallaşdırılmalı və investisiya modelinə çevrilməlidir
Bakı, 20 may, AZƏRTAC
Dağlıq ərazilərin davamlı inkişafı üçün onların iqtisadi potensialının ölçülməsi, rəqəmsallaşdırılması və uzunmüddətli inkişaf strategiyalarının hazırlanması xüsusi əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Ərazilərin İnkişafı üzrə Beynəlxalq Assosiasiyanın sədri Vasil Mazitov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Dağ yaşayış məntəqələrinin davamlı inkişafı” mövzusunda tədbirdə çıxışı zamanı səsləndirib.
"Hazırda MDB ölkələrində bir çox dağlıq ərazilərin kapitallaşma səviyyəsi aşağıdır. Bu isə həmin ərazilərdə potensialın olmaması ilə deyil, potensialın ölçülməməsi və rəqəmsal modellərə çevrilməməsi ilə bağlıdır”, – deyə Vasil Mazitov vurğulayıb.
O qeyd edib ki, dağlıq ərazilərdə inkişafla bağlı hər hansı yanlış qərarın nəticələri düzənlik ərazilərlə müqayisədə daha ciddi ola bilər. Buna görə də burada planlaşdırma və proqnozlaşdırma xüsusi əhəmiyyət daşıyır.