Şəfəq Mehrəliyeva: Qlobal təşəbbüslərin cəmiyyətə çatdırılmasında medianın peşəkarlığı xüsusi əhəmiyyət daşıyır VİDEO
Bakı, 20 may, AZƏRTAC
WUF13 kimi beynəlxalq platformalar şəhərsalma, dayanıqlı inkişaf və urbanizasiya məsələlərinin ictimai müzakirəsində mühüm rol oynayır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Mənzil və şəhər dayanıqlılığı üzrə ictimai diskursun formalaşmasında medianın rolu” mövzusunda tədbirdə Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, ADA Universitetinin müəllimi Şəfəq Mehrəliyeva deyib.
O qeyd edib ki, belə qlobal təşəbbüslərin cəmiyyətə düzgün çatdırılmasında medianın peşəkarlığı, rəqəmsal kommunikasiya və keyfiyyətli ictimai məlumatlandırma xüsusi əhəmiyyət daşıyır. “Media hərəkətverici qüvvədir. Xüsusilə bu sahədə iştirakçı aktorlardandır”, - deyə o əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.05.2026 [16:23]
Umayra Tağıyeva: Təbiət ciddi təzyiq altındadır
- 20.05.2026 [16:18]