Sabahdan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə vakansiya seçimi mərhələsinə başlanılır
Bakı, 20 may, AZƏRTAC
Mayın 21-dən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılacaq.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqə qaydalarına əsasən vakansiya seçimi ilkin olaraq şəhid ailəsi üzvləri üçün aktivləşdiriləcək.
Müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi təsdiqlənmiş şəhid ailəsi üzvləri mayın 21-i saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq müvafiq vakant yer seçimi edə bilərlər. İlkin vakansiya seçimi mərhələsi mayın 22-i saat 11:00-dək davam edəcək.
Növbəti mərhələdə digər müsabiqə iştirakçıları üçün vakansiya seçimi prosesi həyata keçiriləcək və bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Vakansiya seçimi mərhələsində iştirak edəcək şəxslərə seçim zamanı diqqətli olmaları və seçim tamamlandıqdan sonra elektron ərizələrini təsdiqləməyi unutmamaları tövsiyə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [14:44]
MEK-də Beynəlxalq Müəllimlər Gününə həsr edilən sərgi
- 05.10.2026 [14:40]
Elmi düşüncə sual vermək və araşdırmaqla formalaşır – Gülnar Qəmbərova
- 05.10.2026 [14:12]
AZMİU-nun layihəsi Elm Fondunun qrant müsabiqəsinin qalibi olub
- 05.10.2026 [14:02]
“İslam mədəniyyəti atlası” şərqşünas-alimin tərcüməsində
- 05.10.2026 [14:00]
Çin təhsili və akademik mühitindən bəhs edən kitabın təqdimatı olub
- 05.10.2026 [13:55]
Müəllim uşağın içindəki işığı üzə çıxarmalıdır – gənc alimin düşüncələri
- 05.10.2026 [13:42]