WUF13-ün üçüncü günündə müzakirələr əsasən qlobal mənzil böhranına həsr olunub
Bakı, 20 may, AZƏRTAC
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) üçüncü günündə müzakirələr əsasən qlobal mənzil böhranına həsr olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Katerina Bezqaçina çərçivəsində media nümayəndələri üçün təşkil olunmuş gündəlik mətbuat brifinqində məlumat verilib.
Bildirilib ki, bu çərçivədə sessiya ərzində yüksəksəviyyəli dialoqlarda mənzil məsələsinin iqtisadi və sosial əhəmiyyəti müzakirəyə çıxarılıb. UN-Habitat tərəfindən “Dünya Şəhərlər Hesabatı 2026” təqdim olunub və həmçinin UN-Habitat və BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsi (SDSN) tərəfindən “Şəhərlərin Gələcəyi” mövzusunda yeni strateji tərəfdaşlığın təqdimatı keçirilib. Bu təşəbbüs çoxsaylı tərəfdaşları bir araya gətirən platformadır və inklüziv, dayanıqlı şəhər inkişafını təşviq edir.
Qeyd olunub ki, bu tərəfdaşlıq çərçivəsində hazırlanacaq hesabat növbəti – iki ildən sonra keçiriləcək WUF14 tədbirində təqdim ediləcək.
Müxbirlər – Aytən Abbaslı, Elgün Niftəli
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.05.2026 [14:12]
Bakıda Qlobal Cənub Gənclər Platformasının ilk beynəlxalq tədbiri keçirilib
- 20.05.2026 [13:59]