Tanzaniyalı iştirakçı: WUF13 gecəqondularla bağlı birgə həll yollarının tapılmasına töhfə verəcək
Bakı, 20 may, AZƏRTAC
Bakıda dünyanın müxtəlif ölkələrindən nümayəndələrin bir araya gəldiyini görmək sevindiricidir. Ümumdünya Şəhərsalma Forumu (WUF13) yüksək səviyyədə təşkil olunub. Hava limanındakı qarşılanmadan başlayaraq nəqliyyatın təşkili və proqramın hazırlanmasına qədər hər şey yaxşı planlaşdırılıb. Bu da iştirakçıların maraq göstərdikləri sessiyalarda rahat iştirak etməsinə imkan yaradır. Bu hazırlıq işlərinə görə Azərbaycan xalqına təşəkkür edirəm.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Tanzaniyanın Milli Torpaq İstifadəsinin Planlaşdırılması Komissiyasının Torpaq İstifadəsinə Nəzarət üzrə direktor müavini Rehema David Kişoa söyləyib.
O bildirib ki, sessiyalarda aparılan müzakirələrdə yaşayış məsələsi insanların həyatı və rifahı baxımından mühüm əhəmiyyət daşıyır. Hazırda dünyanın müxtəlif bölgələrində qeyri-formal yaşayış məskənləri ilə bağlı problemlər mövcuddur. Buna görə də ölkələrin bir araya gələrək bu məsələləri müzakirə etməsi vacibdir. Bu cür platformalar qeyri-formal yaşayış məskənləri və infrastruktur problemləri ilə bağlı birgə həll yollarının tapılmasına, həmçinin iqlimə davamlı cəmiyyətlərin formalaşmasına töhfə verəcək.
Müxbir - Mehrac Ağasiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.05.2026 [14:12]
Bakıda Qlobal Cənub Gənclər Platformasının ilk beynəlxalq tədbiri keçirilib
- 20.05.2026 [13:59]