Şəhid ailələri üzvlərindən 2100-dən çox şəxsə təqaüd, pensiya və müavinət təyin edilib
Bakı, 5 yanvar, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu 900-dək Vətən müharibəsi şəhidin 2100-dən çox ailə üzvünə müvafiq sosial ödənişlərin təyinatını aparıb və həmin proses davam edir.
Təyin edilən sosial ödənişlərdən biri də Prezidentin aylıq təqaüdüdür. Prezident İlham Əliyevin şəhid ailələrinə xüsusi qayğısının növbəti əyani təzahürü olaraq, həmin təqaüdün məbləği yanvarın 1-dən 66,7 faiz artırılaraq 300 manatdan 500 manata çatdırılıb. Şəhid ailələri bu təqaüdlə yanaşı, aylıq əsasda müavinət və ya pensiya ilə də təmin olunurlar.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, təqaüd, pensiya və müavinətlər heç bir müraciət olunmadan, elektron qaydada həyata keçirilir və aparılmış təyinatlar barədə şəhid ailələrinə məlumatlar verilir. Eyni zamanda, nazirlik əməkdaşları tərəfindən şəhid ailələri ilə mütəmadi görüşlər davam edir və təqaüdü almaq üçün bank kartları bir çox şəhid ailələrinə elə həmin görüşlər zamanı öz ünvanlarında təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]