ŞƏHİD AİLƏLƏRİ VƏ ƏLİLLƏR ÜÇÜN BİNA TİKİLİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Astara şəhərinin Səməd Vurğun küçəsində şəhid ailələri, Qarabağ, Əfqanıstan müharibələri və Çernobıl əlilləri üçün 32 mənzilli binanın tikintisinə başlanmışdır.
1100 kvadratmetr ərazidə inşa edilən binanın tikintisində “Dördlər” MMC-nin inşaatçıları çalışırlar.
Tikinti üçün dövlət büdcəsindən 250 min AZN məbləğində vəsait ayrılmışdır.
Dördmərtəbəli binanın 2007-ci ilin birinci yarısında istifadəyə verilməsi nəzərdə tutulmuşdur.