Şəhid ailəsinə təqaüd kartı təqdim edilib
Bakı, 4 yanvar, AZƏRTAC
Tarixi Zəfərimizin qəhrəmanlarından biri olan şəhid Allahverdi Allahverdiyevin ailəsinə də Prezidentin aylıq təqaüdü təyin olunub. Şəhid ailəsi ilə görüşən 1 saylı Bakı DOST Mərkəzinin əməkdaşları bu barədə ailəyə məlumat veriblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, mərkəzin direktoru Elvin Bayramov şəhidin valideynlərinə - Əli Allahverdiyevə və Elyana Allahverdiyevaya təqaüd kartını təqdim edib. O, şəhid ailələri üçün nəzərdə tutulan sosial dəstək tədbirləri barədə məlumat verib.
DOST Agentliyi gələcəkdə də ailənin yaşayışını diqqətdə saxlayacaq.