Şəhid anası: Azərbaycan qəhrəman övladları ilə fəxr edir
Gəncə, 20 yanvar, Sabir Əliyev, AZƏRTAC
Yüzlərlə Vətən övladı kimi, mənim oğlum Valeri də Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçdi. Doğrudur, bir ana kimi bu, məni sarsıtdı. Lakin sonralar gördüm ki, yanılmışam. Hər bir övlad Vətənin sipəridir. Haqlı olaraq bu gün Azərbaycan öz qəhrəman oğulları ilə fəxr edir.
Bu sözləri Gəncədə doğulub boya-başa çatan, əvvəllər Gəncə dəmiryolunda, sonralar isə Azərbaycanın milli təhlükəsizlik orqanlarında çalışan 20 Yanvar şəhidi Valeri Boqdanovun anası Valentina Boqdanova AZƏRTAC-a eksklüziv müsahibəsində söyləyib. Şəhid anası deyib: “Dövlətimiz tərəfindən mənə və ailəmə o qədər qayğı göstərilir ki, oğlumun yoxluğunu hiss etmirəm. Bütün bunlara görə Prezidentimiz İlham Əliyevə minnətdaram”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]