Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəhidin həyat yoldaşı: Fəxr edirəm ki, seçilmiş bir insanın xanımıyam

Həyat yoldaşı şəhid Fariz Həsənova “Sevən qəlbin fəryadı” adlı kitab həsr edib

Bakı, 13 oktyabr, AZƏRTAC

O, bu dünyada cəmi 33 il ömür sürdü. Onun son 8 ilini bir yerdə yaşamışıq. Fariz gözəl ailə başçısı, qayğıkeş ata idi. Onun şəhid olduğunu yuxumda görmüşdüm. İnana bilmirdim. Hətta yuxuda onu da görmüşdüm ki, onun tabutunu həyətə gətiriblər və mən tabutu açanda ayağa qalxaraq deyir ki, mənimlə zarafat edir.

Bu sözləri şəhid Fariz Həsənovun həyat yoldaşı Əzizə xanım söyləyib.

O, AZƏRTAC-ın müxbiri ilə söhbət zamanı deyib ki, tale onları çox ağır günlərdə qarşılaşdırıb: “Evin tək övladı idim. Anam, 2 il sonra isə atam vəfat etdi. Doğma adamların itkisindən sonra özümü tək-tənha, köməksiz hiss etdiyim vaxt onunla tanış olduq. Farizin dostu mənim rəfiqəmlə evli idi. Dostlarımızın vasitəçiliyi ilə tanış olduq və sonra evləndik. 8 il bir yerdə ailə həyatı yaşadıq. Dünyaya 1 oğlumuz, 1 qızımız gəldi – Ruslan və Sevinc. Fariz şəhidlik zirvəsinə ucalandan sonra onlar məni həyata bağladılar. Düşündüm ki, uşaqlarım üçün güclü olmalıyam. Onun yadigarlarını atalarına layiq şəkildə böyütməliyəm. Mənim bütün ömrüm ona həsr olunub. Hər addımımda, anımda onu yanımda hiss edirəm. Fariz mənə indi də sağlığında olduğu qədər güc, ruh verir. Şəhidin xanımı olaraq fəxr edirəm. Fəxr edirəm ki, seçilmiş bir insanın həyat yoldaşıyam”.

Əzizə xanım Farizin 2016-cı ilin Aprel döyüşlərində də iştirak etdiyini bildirir: “Həmin döyüşlərdə göstərdiyi şücaətə görə fəxri fərman və medallarla təltif olunmuşdu. Döyüş yoldaşları onun cəsur bir insan olduğunu deyirdilər. Fariz həm həyat yoldaşı, həm də ata kimi çox həssas, ürəyiyumşaq insan idi”.

Fariz Şahin oğlu Həsənov 1987-ci il fevralın 12-də Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olub. Həmin kənddəki 1 nömrəli tam orta məktəbi bitirib. 2005-2006-cı illərdə Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyası sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2008-ci ildə isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi ordu sıralarına qayıdıb.

2020-ci ilin Vətən müharibəsində döyüşlərdə igidlik göstərib. Oktyabrın 13-də Füzuli istiqamətində gedən döyüşdə şəhid olub. Doğulduğu Dağ Kəsəmən kəndində torpağa tapşırılıb.

Əzizə Həsənova ötən il Odlar Yurdu Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin mühasibat uçotu və audit ixtisasını bitirib. “Şəhid xanımı olaraq həm sevincli, həm də kədərliyəm. Məzun olarkən hər kəs sevinir. Kədərli olmağımın səbəbi isə Farizin bu sevincimi görməməsidir. O, ali təhsil almağımı və təhsili övladlarıma aşılamağımı çox istəyirdi. Həm də təəssüf edirəm ki, Fariz övladlarını, övladlarım isə atalarını doyunca görə bilmədilər. Ancaq əlimdən gələni edəcəyəm ki, onlar atasızlığı hiss etməsinlər, həyatda çətinliklə, məhrumiyyətlərlə üzləşməsinlər”.

Əzizə xanım 3 il əvvəl işıq üzü görən “Sevən qəlbin fəryadı” adlı kitabını da həyat yoldaşı Farizə həsr edib. Romanda müharibənin yaratdığı məhrumiyyətlər, eyni zamanda, Qələbədən doğan qürur, vətənpərvərlik ruhunun gənclərə aşılanması, ailə və milli-mənəvi dəyərlər, ən əsası, bir şəhid xanımının bu ağır iztirablara rəğmən ayaqda dura bilməsinin vacibliyi və mümkünlüyü vurğulanıb.

Müəllif kitab barədə deyir: “Mən sadə, qapalı bir həyat keçirmişəm. Nə vaxtsa kitab yazacağım heç ağlıma da gəlməzdi. Fariz həmişə deyərdi ki, ömrümüzdən keçən gözəl xatirələri yaz saxla, vaxt gələr balalarımız oxuyarlar. Elə bilirəm ki, onunla 8 il yox, 80 il bir yerdə yaşamışam. Onunla bağlı o qədər xatirələr, əhvalatlar var ki… Fariz şəhid olandan sonra dedikləri yadıma düşdü. Fikirləşdim ki, mən onun arzusunu həyata keçirməliyəm. “Sevən qəlbin fəryadı” kitabını yazmaqla onun vəsiyyətini yerinə yetirmiş oldum. Mənim üçün çox qürurvericidir ki, təəssüratlarımı, hiss və duyğularımı, ən əsası, sevgimi həkk etdiyim kitabı oxucularla bölüşdüm. Kaş ki, onun ömür yolunu əks etdirən film də çəkiləydi...”.

Fariz Həsənov tank əleyhinə idarəolunan raketlə döyüşürdü. Döyüş yoldaşlarının bildirdiyinə görə, onun idarə etdiyi raketdən açılan atəşlə nəticəsində çox sayda erməni hərbçiləri məhv edilib. O, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə