Şəhidlər xiyabanı xalqımızın yenilməz iradəsinin rəmzinə çevrilib
Bakı, 20 yanvar, Ceyhun Rüstəmov, AZƏRTAC
1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, qəhrəmanlıq səhifəsi kimi daxil olub. Bu gün Şəhidlər xiyabanına gələnlər o müdhiş gecəni bir daha xatırlayır, faciəni törədənlərə dərin nifrətlərini bildirirlər.
Bu sözləri AZƏRTAC-a müsahibəsində 20 Yanvar şəhidlərinin xatirəsini anmaq üçün Şəhidlər xiyabanına gələn Məcid İsmayılov deyib.
“Bu xiyaban xalqımızın müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib”, - deyən M.İsmayılov hər il yanvarın 20-də Şəhidlər xiyabanına gələrək qəhrəman oğul və qızlarımızı yad etdiyini vurğulayıb: “Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından 25 il keçsə də, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur. Hər bir azərbaycanlı öz xalqına divan tutan sovet imperiyasının o vaxtkı rəhbərliyinə və onların Azərbaycandakı nökərlərinə dərin nifrətini bildirir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]