Şəhidlərimizin Azərbaycanın müstəqilliyi, azadlığı və firavan gələcəyi uğrunda tökülən qanları hədər getməmişdir
Bakı, 20 yanvar (AZƏRTAC). 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o təkcə faciə deyildir. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, azadlıq istəyinin oyanış günüdür.
Bu sözləri yanvarın 20-də qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanını ziyarətə gəlmiş Azərbaycan Beynəlxalq Bankının əməkdaşı Sədi Abdullayev AZƏRTAC-a müsahibəsində demişdir.
Bildirmişdir ki, şəhidlərimizin Azərbaycanın müstəqilliyi, azadlığı və firavan gələcəyi uğrunda tökülən qanları hədər getməmişdir. Hər birimiz Şəhidlər xiyabanına gələrkən içimizdə xəfif titrəyiş hiss edirik. Oradan qayıdanda isə bu titrəyiş qürur hissi ilə əvəz olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]