Şəhidlərimizin məzarlarını daim ziyarət etmək bizim borcumuzdur
Bakı, 20 yanvar (AZƏRTAC). Vətənini, torpağını sevən soydaşlarımız 20 Yanvar gününü heç zaman unutmamalıdırlar. 1990-cı il yanvarın 20-də baş verənlər faciəli hadisələr olmaqla yanaşı, həm də qəhrəmanlıq tariximizin yeni bir səhifəsinin yazıldığı bir gündür. Şəhidlərimizi təkcə hər il yanvarın 20-də deyil, həmişə ziyarət etmək bizim borcumuzdur.
Bu sözləri faciənin iyirmi dördüncü ildönümündə Şəhidlər xiyabanını ziyarət edən Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) sədri Ramin Həkimov AZƏRTAC-a müsahibəsində demişdir.
Qeyd etmişdir ki, o müdhiş gecədə sovet hərbi birləşmələri Azərbaycanda qanlı faciələr, cinayətlər törətmiş, lakin insanların azadlıq duyğularını boğa bilməmişdir.
Qara Yanvarda çoxlu günahsız qanlar axıdılmışdır. Yalnız ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə Azərbaycan rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilmişdir. O vaxtdan 24 il keçsə də, şəhidlərimizin xatirəsi bizim üçün həmişə əzizdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]