Şəhidlərimizin qəhrəmanlığı Azərbaycan gəncliyi üçün örnəkdir
Ağdam, 22 yanvar (AZƏRTAC). 20 Yanvar faciəsinin 24-cü ildönümü münasibətilə Ağdam rayonundakı “Şəhidlər” abidə kompleksini ziyarət edənlər arasında gənclər üstünlük təşkil edirdi.
Ağdamlı gənclərdən biri - Xəyyam Rüstəmov AZƏRTAC-a müsahibəsində bildirmişdir ki, 20 Yanvar şəhidləri canlarını Vətən uğrunda qurban verərək Azərbaycanın azadlığına yol açmışlar. 20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan gəncliyi üçün örnəkdir. Əminliklə demək olar ki, 1990-cı ildə əliyalın sovet ordusunun qarşısına çıxaraq azadlığını qazanmış Azərbaycan xalqı Qarabağımızın da işğaldan azad edilməsinə nail olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]