ŞƏHİDLƏRİN AİLƏ ÜZVLƏRİNƏ VƏ ƏLİLLƏRƏ YARDIM GÖSTƏRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən 20 Yanvar şəhidlərinin ruhuna ehsan süfrəsi açılmış, onların ailə üzvləri və əlillərlə görüş keçirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Azər Əliyev faciə qurbanlarının Azərbaycan xalqının yaddaşında əbədi qalacağını vurğulayaraq, yanvar hadisələrinin mahiyyətindən, ona siyasi qiymət verilməsində ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərindən danışmışdır.
Çıxış edənlər bildirmişlər ki, 33 şəhid ailəsi, 57 əlili olan rayonda onlara daim qayğı göstərilir, ehtiyacları ödənilir.
Tədbirdə 13 nömrəli orta məktəbin şagirdləri faciə ilə bağlı şeirlər oxumuş, 20 Yanvar şəhidlərinin ailələrinə və əlillərə maddi yardım göstərilmiş, ərzaq bağlamaları paylanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]