Şəhidlərin parlaq xatirəsi hər birimiz üçün əzizdir
Beyləqan, 20 yanvar (AZƏRTAC). 20 Yanvar faciəsinin 24-cü ildönümü Beyləqan rayonunda da silsilə tədbirlərlə qeyd edilmişdir. Faciənin ildönümü ərəfəsində rayonun idarə və müəssisələrində, əmək kollektivlərində yığıncaqlar, konfranslar təşkil edilmiş, yanvarın 17-də məktəblərdə bununla bağlı dərslər keçilmişdir.
AZƏRTAC xəbər verir ki, yanvarın 20-də Beyləqan şəhərindəki “Şəhidlər” abidə kompleksi qarşısında izdihamlı anma mərasimi olmuşdur. Rayon rəhbərliyi, ağsaqqallar, gənclər, ziyalılar, müharibə veteranları, əmək kollektivlərinin nümayəndələri, məktəblilər həzin musiqi sədaları altında abidə kompleksini ziyarət etmiş, önünə əklil və al qərənfillər qoymuşlar. Şəhidlərin ruhuna dualar oxunmuşdur.
Saat 12-də 20 Yanvar şəhidlərinin əziz xatirəsi rayonun bütün ərazisində bir dəqiqəlik sükutla yad olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]