ŞƏHİDLƏRİN XATİRƏSİ BİR DƏQİQƏLİK SÜKUTLA YAD EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Ədliyyə Nazirliyinin Hüquq Tədris Mərkəzində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilmişdir.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərkəzin direktoru vəzifəsini icra edən baş ədliyyə müşaviri İlham Abbasov mərasimi açaraq ölkəmizin tarixinə milli-azadlıq hərəkatının qəhrəmanlıq səhifəsi kimi yazılmış 1990-cı ilin yanvarında sovet imperiyasının törətdiyi vəhşilikləri təkcə xalqımıza deyil, bəşəriyyətə qarşı ən ağır cinayətlərdən biri olduğunu bildirmişdir.
Tədbirdə görkəmli siyasi xadim Heydər Əliyevin həyatını təhlükə qarşısında qoyaraq yaxınları ilə yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlməsi və 131 nəfərin ölümü, 744 nəfərin yaralanması ilə nəticələnən bu qanlı faciəni törədənləri ittiham etməsi xatırlanmış, yalnız ulu öndərimizin hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verildiyi vurğulanmışdır.
Xalqımızın ümummilli lideri Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin “20 Yanvar faciəsinin on beşinci ildönümünün keçirilməsi haqqında” Sərəncamı mərd mübarizlərin əziz xatirəsinə göstərilən hörmət və ehtiram əlaməti kimi dəyərləndirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]