ŞƏHİDLƏRİN XATİRƏSİ İLƏ BAĞLI KİTAB SƏRGİSİ AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi ilə bağlı kitab sərgisi təşkil olunmuşdur.
Sərgidə həmin dövrdə Bakıda və respublikamızın ayrı-ayrı bölgələrində törədilmiş dəhşətli hadisələrdən, xalqımızın azadlıq, müstəqillik uğrunda göstərdiyi qəhrəmanlıqdan söz açılan müxtəlif dillərdə 50-dən çox kitab və digər çap nümunələri nümayiş etdirilir.