Şəhidlərin xatirəsi Murmanskda yad ediləcək
Bakı, 6 yanvar, AZƏRTAC
Murmanskda azərbaycanlı tələbələr, Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) regional fəalları və Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) yerli nümayəndəliyinin təşkilatçılığı ilə Ümumrespublika Hüzn Günü - 20 yanvar faciəsi ilə əlaqədar tədbirlər keçiriləcək.
Ümumrusiya Azərbaycan Konqresinin Murmansk vilayəti şöbəsinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürov AZƏRTAC-a bildirib ki, tədbirlər çərçivəsində şəhidlərin xatirəsi anılacaq, sərgilər təşkil ediləcək, filmlər nümayiş olunacaq.
ÜAK-ın təşəbbüsü ilə yanvarın 20-də faciəyə həsr edilən elmi-praktik konfrans keçiriləcək, Bakıdan yayımlanan televiziya proqramına baxılacaq, şəhidlərin xatirəsi anılacaq, ruhlarına dualar oxunacaq.
20 yanvar faciəsinin 25 illiyinə həsr edilən tədbirlər çərçivəsində filmlər və fotomateriallar da nümayiş etdiriləcək.
Qeyd etmək lazımdır ki, tədbirlərdə bələdiyyə və hökumət orqanlarının təmsilçiləri, Murmansk Vilayəti İctimai Palatasının, kütləvi informasiya vasitələrinin, Murmanskda fəaliyyət göstərən diaspor təşkilatlarının nümayəndələri iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]