ŞƏHİDLƏRİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ BOKS BİRİNCİLİYİ KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, yanvarın 23-27-də “Təhsil” Respublika İdman Mərkəzinin 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş açıq boks birinciliyi keçiriləcəkdir. Yarışda 1987-89-cu il təvəllüdlü 200-dək boksçu 11 çəki dərəcəsi üzrə mübarizə aparacaqdır.