Azərbaycan Dövlət İnformasiya Agentliyi

SƏHİYYƏ NAZİRİ OQTAY ŞİRƏLİYEVİN ÇIXIŞI

- Möhtərəm cənab Prezident!

Hörmətli iclas iştirakçıları!

Ölkə rəhbərliyinin sosialyönümlü siyasətini, xalqın sağlamlığının qorunmasına diqqət və qayğını iki rəqəmlə əks etdirmək olar: 2003-cü ildə səhiyyəyə 276 milyard manat ayrılmışdısa, 2006-cı ilə səhiyyənin büdcəsi 789 milyard manat məbləğində təsdiq olunmuşdur. Bu da səhiyyə xərclərinə ayrılan vəsaitin artım sürətinə görə dünyanın əksər ölkələrindən yüksəkdir.

Bununla belə, Azərbaycan hazırda keçid dövrünü yaşayır. Təcavüzə məruz qalmış, çoxlu sayda qaçqını, məcburi köçkünü, müharibə əlilləri olan ölkədə səhiyyənin inkişafına ayrılmış vəsaitin səmərəli istifadəsi üçün ən mühüm istiqamətlər müəyyən etmək çox vacibdir.

Bu məqsədlə diaqnostik tədqiqatların və müalicə üsullarının paketi, eləcə də büdcə vəsaiti hesabına alınacaq zəruri dərman preparatlarının, tibbi ləvazimatların siyahısı hazırlanıb təsdiq olunmuşdur. Bakı şəhərinin ən iri üç xəstəxanası zəruri avadanlıqla, dərman preparatları və tibbi ləvazimatlar ilə tam təchiz olunmuşdur. Hazırda bütün xəstələr həmin stasionarlarda, eləcə də ambulator-poliklinika müəssisələrində pulsuz müayinə və müalicə olunurlar. Beləliklə, ilk dəfə olaraq, dövlət tərəfindən zəmanət verilmiş pulsuz ilkin tibbi yardım, təcili, təxirəsalınmaz stasionar müalicəsi və doğuşayardım tam həcmdə təmin edilmişdir. Bundan əlavə, imtiyazlı və aztəminatlı əhali təbəqəsinə pulsuz tibbi yardım göstərmək üçün digər klinik mərkəzlərdə də çarpayılar ayrılmışdır və onlar tam həcmdə dövlət tərəfindən təmin olunur.

Pulsuz tibbi xidmətlərin növlərini və həcmini daha da geniş miqyasda təmin etmək olardı, belə ki, respublikada bir qrup sosial xəstəliklər var ki, onlara böyük həcmdə dərman lazımdır. Hazırda respublikada xroniki böyrək çatışmazlığı ilə hemodializ alan, talassemiyalı, hemofiliyalı, immunçatışmazlığı virusu daşıyıcıları, kimyəvi terapiya alan onkoloji və vərəmli xəstələrin sayı 16 minə yaxındır və onların həyatı dərmandan asılıdır.

Vərəmli və QİÇS-ə yoluxmuş xəstələrin dərmanla təmin olunması məqsədi ilə hazırda nüfuzlu beynəlxalq təşkilatlarla bir neçə layihələr işlənir və onların müalicə problemi demək olar ki, həll olunma mərhələsindədir. Qalan xəstələrin dərman təminatının da dövlət tərəfindən ayrılan vəsait hesabına həyata keçirilməsi vacibdir.

2006-cı ildə dərmanların alınması üçün dövlət büdcəsindən cəmi 19 milyon yeni manat nəzərdə tutulduğu halda, təkcə həmin xəstələrin dərmanla təminatına 20 milyon manatdan artıq vəsait tələb olunur.

Məhz bununla əlaqədar bu qrup xəstəliklərin dövlət büdcəsi hesabına müalicəsini təmin etmək məqsədi ilə Səhiyyə Nazirliyi tərəfindən çox qısa müddətdə 5 Dövlət Proqramı hazırlanmışdır. Onların 2-si qan xəstəlikləri ilə bağlı proqramlar Nazirlər Kabineti tərəfindən təsdiq olunub, qalan 3-ü isə razılaşdırılma mərhələsindədir.

Hazırda hökumət tərəfindən baxılan daha bir proqramı xüsusilə qeyd etmək lazımdır. Bu da hər yeni doğulan uşağa dövlət hesabına olunan peyvənd, müayinələr, müalicə və s. tibbi yardımın qeydiyyatı plastik kart vasitəsilə aparılması barədədir. “Sağlamlıq pasportu” adlanan elektron daşıyıcı tibbi cəhətdən çox vacibdir, həm uşağı doğulduğu gündən müşahidə etməyə, həm də işlənilən tibbi ləvazimatın, dərmanların dəqiq hesabatını aparmağa və mənfi halların qarşısını almağa imkan verir.

Ümumiyyətlə, dərman preparatlarının dövriyyəsi, ixracı və idxalı ilə bağlı müəyyən işlər görülmüşdür. Yeni təşkil edilmiş İnnovasiya və təchizat mərkəzi tərəfindən respublikaya idxal olunan preparatlara tam nəzarət etməyə imkan verən vahid kompüter sistemi yaradılır. 100-dən artıq aptekdə yoxlama aparılmışdır və ciddi pozuntulara görə onların 58-nin fəaliyyəti dayandırılmışdır. Yoxlama zamanı normativlərə uyğun olmayan 34 adda preparatlar müəyyən edilib müsadirə olunmuşdur. Nəzərə alaraq ki, qüvvədə olan qanunvericilik özəl aptek müəssisələrinin fəaliyyətinə daha dəqiq nəzarət etməyə imkan vermir, hazırda Milli Məclisin komissiyaları ilə birlikdə əczaçılıq barəsində yeni qanun layihəsi hazırlanır.

Səhiyyə sisteminin çox vacib hissəsi olan sanitar-epidemiologiya sahəsində də müəyyən struktur dəyişiklikləri aparılmışdır. İnzibati ştatların mənasız artırılmasını, rayon bölmələrinin işinin təkrarlanmasını nəzərə alaraq, Bakı Şəhəri Gigiyena və Epidemiologiya Mərkəzi ləğv olunmuşdur.

Bu günə kimi qida məhsulları və qeyri-ərzaq məhsullarının laborator tədqiqatları sovet vaxtından qalan və indiki tələblərə cavab verməyən cihazlarla aparılırdı. Respublika Gigiyena və Epidemiologiya Mərkəzində yeni, ən müasir tələblərə cavab verən laboratoriya quraşdırılıb və orada işləyəcək mütəxəssislər indi xaricdə hazırlıq keçirlər.

Ölkə rəhbərliyinin əhalinin sağlamlığının qorunması istiqamətində apardığı siyasətin tam həyata keçirilməsi üçün kadrların düzgün seçilməsi və yerləşdirilməsi çox böyük əhəmiyyət kəsb edir. Bu sahədə mövcud olan mərkəzləşdirməyə artıq son qoyulmuşdur. Bütün tibb müəssisələrində işçilərin işə qəbulu və azad edilməsi Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq yerlərdə həll olunur. Bunun obyektiv və şəffaf olması üçün tibb işçilərinin işə qəbulu mətbuat vasitəsilə elan verildikdən sonra müsahibə əsasında aparılacaqdır. Həkimlərin hazırlıq səviyyəsini obyektiv qiymətləndirmək məqsədi ilə xüsusi testlər hazırlanıb və indi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında elektron daşıyıcısına köçürülür.

Nəhayət, səhiyyə müəssisələrinin maddi-texniki bazası haqqında. Bir neçə tibb müəssisəsini çıxmaq şərti ilə, xəstəxanaların, ambulator-poliklinika müəssisələrinin maddi-texniki bazası heç də qənaətbəxş deyildir. Onların əksəriyyəti nəinki müasir tələblərə, hətta sadə sanitar-gigiyena normalarına cavab vermir.

Lakin baxmayaraq ki, səhiyyə sisteminin maddi-texniki bazasının, demək olar ki, tam yenidən qurulması çox çətin və mürəkkəb məsələdir, ancaq respublikada gedən proseslər, ölkə rəhbərliyinin səhiyyəyə olan diqqəti və qayğısı həmin məsələyə nikbinliklə baxmağa imkan verir. Belə ki, İnvestisiya Proqramı çərçivəsində respublikanın regionlarında 20-dən artıq səhiyyə obyektinin tikintisi, əsaslı təmiri və təchizatı nəzərdə tutulmuşdur. Eyni zamanda, Dövlət Neft Şirkətinin vəsaiti hesabına ən müasir tələblərə cavab verən 10 regional müalicə-diaqnostika mərkəzinin tikintisi başlanıb və elə cari ildə də onların bir neçəsi istifadəyə veriləcəkdir.

Hazırda Bakının ətraf qəsəbələrində də səhiyyə obyektlərinin təmir-tikinti işləri çox geniş miqyasda həyata keçirilir.

Cənab Prezidentin təklifi ilə ilk dəfə olaraq, sağlamlıq mərkəzlərinin tikintisinə başlanmışdır. Bunlar yeni tipli tibb ocaqlarıdır və ən müasir tələblərə cavab verəcəkdir. Möhtərəm Prezident tərəfindən Zabrat qəsəbəsində təməl daşı qoyulmuş ilk belə mərkəzin tikintisi cari ilin axırınadək başa çatacaqdır.

Ümummilli lider Heydər Əliyevin başladığı, xalqın sosial vəziyyətinin inkişafına yönəldilmiş siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Bunlar səhiyyədə də öz əksini tapır, görülən işlər xalq tərəfindən bəyənilir və dəstəklənir.

Diqqətinizə görə minnətdaram.

İLHAM ƏLİYEV: Səhiyyə sistemində ciddi islahatlar aparılmalıdır. Mən bilirəm, siz bu işə başlamısınız. Gərək bunu inamla davam etdirəsiniz. Uzun illərdir ki, səhiyyə sistemində heç bir islahat aparılmırdı. Faktiki olaraq, bu sistem dağılırdı, total rüşvətxorluq, korrupsiya hökm sürürdü. Mən bölgələrdə, şəhərdə oluram, bizim tibb mərkəzləri nə gündədir! Oraya ayrılan vəsait faktiki olaraq oğurlanırdı. Təmirə heç bir vəsait ayrılmırdı. Yeni müəssisələr, xəstəxanalar, poliklinikalar tikilmirdi və heç kimə sirr deyil ki, səhiyyə sistemində vəziyyət həddindən artıq ağır idi. Ona görə burada çox ciddi islahatlar aparılmalıdır. Həm ümumi ab-hava sağlamlaşdırılmalıdır, eyni zamanda, əhaliyə göstərilən xidmət yüksək səviyyədə olmalıdır.

İndi bizim iqtisadi imkanlarımız var. Bilirsiniz ki, biz ilk növbədə, bu imkanlardan əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq və xidmətlərin səviyyəsini qaldırmaq üçün istifadə edirik və edəcəyik. Ona görə gələcəkdə də səhiyyə sistemində ciddi islahatların aparılmasına dəstək olaraq, biz maliyyə vəsaiti ayıracağıq. Bu, əvvəlki illərdə də var idi. 2005-ci ildə səhiyyə xərcləri, haradasa, 40 faiz artmışdı. Yəni 2005-ci ilin büdcəsində 2004-cü ilə nisbətən 40 faiz, yaxud 44 faiz artmışdı. Amma kim o 44 faiz artımı gördü, hansı xəstə bunu hiss etdi?! Dərmanlar pulla satılır. Heç bir dərman, sarğı materialı yox, xəstələr xəstəxanalarda qalmırlar. Çünki dərman yox, müalicə yox, istilik yoxdur, xəstələr evlərdə qalırlar. Bu sistem faktiki olaraq, dağılır. Biz gərək onu xilas edək, faktiki olaraq yenidən quraq.

Saxta dərmanların gətirilməsi. Siz qeyd etdiniz, bu, çox geniş vüsət alıbdır. Bilirsiniz, indi bütün dünyada dələduzluq, saxtakarlıq var. Bir var, hansısa ticarət markasını saxtalaşdırasan, məsələn, geyim əşyası saxta ola bilər, bu, böyük problem deyildir. Amma dərman saxta olanda insanlar əziyyət çəkirlər, öz sağlamlığını itirirlər. Xəstə o dərmanı içir ki, ona kömək etsin. Onun nə təsiri var, ən yaxşı halda təsiri yoxdur, hətta mənfi təsiri də var. Yəni bu bazara da ciddi nəzarət etmək lazımdır.

Mənə verilən məlumata görə, bəzi xəstəxanaların həyətlərində yaşayış binaları tikilir. Bu, bütövlükdə cinayətdir. Mənə deyirlər, səkkiz ya doqquz yerdə xəstəxananın həyətinin bir hissəsi ayrılıb verilib, orada hündürmərtəbəli binalar tikilir. Bu bunaların tikilməsinə kim icazə veribdir? Nə üçün orada binalar tikilir? Binalar tikilməlidir, mən bunu demişəm, bu, inkişafın əlamətidir. Ölkəmiz inkişaf edir, hündürmərtəbəli binalar, müasir səviyyədə tikilən binalar lazımdır. Amma bunlar harada tikilir? Görün, bu adamlarda nə dərəcədə hərislik var, tamah o həddə çatmışdır ki, hətta xəstəxanaların da həyətlərini bölüb orada binalar tikirlər.

Sonra, xalqdan oğurlanmış pullar Azərbaycanda kütləvi iğtişaşların törədilməsinə, müxalifətin dəstəyinə və faktiki olaraq, Azərbaycan dövlətinin əleyhinə fəaliyyətə göndərilirdi. Ona görə, bu məsələ ciddi araşdırılmalıdır. Xəstəxananın həyətində bina tikmək üçün kim icazə veribdir? Şəhər rəhbərliyi, bu, necə olubdur?

HACIBALA ABUTALIBOV /Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı/: Həmin obyektlərin hamısı özəlləşdirilmiş obyektlərdir.

İLHAM ƏLİYEV: Özəlləşdirilibdir?

HACIBALA ABUTALIBOV: Bəli, Səhiyyə Nazirliyi tərəfindən razılaşdırılıb və İqtisadi İnkişaf Nazirliyi tərəfindən özəlləşdirilibdir. Onlar özəlləşdirilmiş obyektin ərazisində tikilmiş binalardır. Bununla əlaqədar olaraq, Sizin göstərişinizlə o sənədlər Nazirlər Kabinetinə və prokurorluq orqanlarına da göndərilibdir.

İLHAM ƏLİYEV: Bəli, göstəriş vermişəm və Prokurorluğa tapşırmışam. Bu, təkcə bu sahədə deyildir. Məndə olan məlumata görə, indi yeni bir praktika meydana çıxıbdır. Hansısa nazirlik, yaxud dövlət təşkilatı İqtisadi İnkişaf Nazirliyinə etiraz məktubu yazır. Əlbəttə, əvvəlcə onlarla sövdələşərək. Sonra da bəzi yerlərdən, binalardan, böyük dəyəri olan obyektlərdən imtina edirlər. Ondan sonra onu ən aşağı qiymətə özəlləşdirirlər, özləri özəlləşdirir. Yəni bu praktika olub və indi mən bunu araşdırıram. Bu hadisələr də məhz belə sövdələşmə nəticəsində baş vermişdir. Keçmiş səhiyyə naziri, keçmiş iqtisadi inkişaf nazirinə imtina məktubu yazır. O məktubun əsasında orada səhiyyə infrastrukturu, – başqa sahələrdə də var, – aradan qaldırılıb, ləğb olunub, onun yerində ofis, bina tikilir və.s. Ondan sonra da o çirkli pullar Azərbaycanda vəziyyətin gərginləşməsinə yönəldilir. Ona görə, mən tapşırıq verdim ki, ciddi araşdırılsın və cinayət törətmiş insanlar məsuliyyətə cəlb olunmalıdırlar.

Ona görə, səhiyyə sistemində problemlər çoxdur. Yenə də deyirəm, siz bu işlərə başlamısınız. Biz sizi dəstəkləyirik və qısa müddət ərzində gərək orada vəziyyət düzəlsin. İnsanlar yüksək səhiyyə xidməti almalıdırlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib

Azərbaycan-MDB əməkdaşlığı: Əsas istiqamətlər və perspektivlər TƏHLİL

İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Prezident İlham Əliyev: Trampın regionumuzda sülh səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik

İran uzunmüddətli müharibə üçün kifayət qədər silah istehsal etdiyini bildirib

“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər

İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında daimi nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox şəxs saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO