Azərbaycan Dövlət İnformasiya Agentliyi

SƏHİYYƏ NAZİRLİYİNİN GENİŞ KOLLEGİYA İCLASINDA DOQQUZ AYIN YEKUNLARI MÜZAKİRƏ OLUNMUŞDUR

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazirlikdə doqquz ayın yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.

Səhiyyə naziri Oqtay Şirəliyev kollegiya iclasını açaraq, Azərbaycan Prezidenti İlham Əliyevin dövlətimizə başçılıq etməsindən ötən üç il ərzində görülmüş işləri konkret faktlarla diqqətə çatdırdı, səhiyyə sahəsində həyata keçirilən islahatlardan danışdı. Nazir bildirdi ki, ölkəmizin rəhbəri İlham Əliyevin diqqət və qayğısı sayəsində səhiyyə sahəsinin inkişafına yönəldilən büdcə vəsaitinin məbləği 4 dəfə artırılmışdır.

Vaxtilə səhiyyəmizin maddi-texniki bazasının ağır vəziyyətdə olduğunu xatırladan nazir demişdir ki, indi bu sahədə mühüm tədbirlər həyata keçirilir. Şişirdilmiş ştat cədvəlləri ləğv edilmiş, dərman sahəsinə birbaşa nəzarət edən İnnovasiya və Təchizat Mərkəzi yaradılmış və digər struktur dəyişiklikləri aparılmışdır.

Nazir demişdir ki, əhali hələ də pullu və pulsuz səhiyyə xidmətləri barədə kifayət qədər geniş məlumata malik deyildir. Halbuki Respublika kliniki xəstəxanası, Qarayev adına 2 nömrəli uşaq xəstəxanası və kliniki tibbi mərkəz bu gün şəhər və rayon əhalisinə tam pulsuz xidmət göstərir. Nazirlər Kabineti ilə Tarif (qiymət) Şurası səhiyyə sistemində pullu xidmətlərin qiymətlərini müəyyənləşdirmək üzərində işləyir və tezliklə əhalinin yaşayış səviyyəsi nəzərə alınmaqla həmin tariflər təqdim ediləcəkdir.

Təcili və təxirəsalınmaz tibbi yardım xidmətində mövcud olan problemlərdən söz açan nazir vurğuladı ki, hazırda bu xidmətin yüksək səviyyədə fəaliyyəti, xəstələrin, həkimlərin uzaq ünvanlara vaxtında çatdırılması üçün bir sıra məşhur şirkətlər, eləcə də “Azərbaycan Hava Yolları” Dövlət Konserni ilə danışıqlar aparılır və nəzərdə tutulan layihələrin gələn ildən həyata keçirilməsinə başlanacaqdır. Nazir xüsusi vurğuladı ki, Azərbaycan Prezidentinin tapşırığı ilə 12 rayonda hər cür şəraiti olan təcili tibbi yardım məntəqəsi açılmışdır.

Sosialyönümlü xəstəliklərə dair qəbul olunan 9 Dövlət Proqramı (xroniki böyrək çatışmazlığı, şəkərli diabet, hemofiliya və talassemiyalı irsi qan xəstəlikləri, ana və uşaqların qorunması, elektron sağlamlıq kartı, onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı, yoluxucu xəstəliklərin immunoprofilaktikası, qanın və qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafı, tibbi müayinə kartı) haqqında ətraflı məlumat verən Oqtay Şirəliyev dedi ki, əvvəlki illərdən fərqli olaraq indən belə bu proqramlarla bağlı ayrılan büdcə vəsaitindən sırf təyinatı üzrə istifadə olunacaqdır.

Hazırda ilk dəfə olaraq hemofiliya və talassemiyalı xəstələrin dövlət tərəfindən dərman preparatları ilə pulsuz təmin edildiyini diqqətə çatdıran nazir bildirmişdir ki, bu qayda gələn ildən onkoloji xəstələrə də şamil ediləcəkdir. Xroniki böyrək çatışmazlığı olan xəstələr üçün açılan yeni mərkəzlərdə 600-dən çox xəstə də dövlət büdcəsindən ayrılan vəsait hesabına müalicə edilir.

Doğum evlərində vəziyyətin müasir tələblərə cavab vermədiyini söyləyən nazir qeyd etdi ki, yaxın vaxtlarda bütün doğum evləri müasir avadanlıqla təmin ediləcəkdir. Hazırda sağlamlıq kartları üzərində intensiv iş gedir və Nazirlər Kabineti tərəfindən qəbul olunmuş proqram əsasında gələn ildən hər yeni doğulan uşağa sağlamlıq kartı veriləcəkdir.

Əhalinin immunoprofilaktikasından danışan nazir Azərbaycan Prezidentinin tapşırığı ilə respublikada məxmərək və qızılca xəstəliklərinin profilaktikasına dair Dövlət Proqramının uğurla icra edildiyini, İnnovasiya və Təchizat Mərkəzi tərəfindən apteklərdə saxta dərmanlarla bağlı yoxlamalar keçirildiyini, dərman reklamının qanunla tənzimlənməsi üçün ciddi tədbirlər görüldüyünü diqqətə çatdırdı.

Beynəlxalq qurumlarla nazirliyin əlaqələrinin genişləndirilməsi sahəsində görülən işləri vurğulayan O.Şirəliyev qeyd etdi ki, hazırda YUNİCEF, USAİD və digər mötəbər qurumlar Azərbaycan səhiyyəsinin inkişafına çox böyük maraq göstərirlər. Nazirlik Dünya Bankı ilə birgə “Səhiyyədə islahatlar” layihəsini həyata keçirir.

İcraiyyə Komitəsinin vitse-prezidenti olduğu Dünya Səhiyyə Təşkilatının baş direktoru vəzifəsinə bu ay seçkilər keçiriləcəyini xatırladan nazir vurğulandı ki, həmin vəzifəyə namizədlərin Azərbaycana gəlmələri və ölkəmizdən dəstək almaq arzusunda olmaları respublikamızın nüfuzunun gündən-günə artdığını sübut edən əsas amillərdən biridir.

Sonra məruzə ətrafında çıxışlar oldu. Nazir müavini Elsevər Ağayev səhiyyə ocaqlarında aparılan təmir və tikinti işlərindən, tibbi yardımın təşkili şöbəsinin müdiri Şahnaz Baxşəliyeva nazirliyə daxil olmuş şikayətlər, xəstələrin xarici ölkələrdə müalicəsi ilə bağlı görülən təbbirlərdən, Bakı Baş Səhiyyə İdarəsinin rəisi Leyla Seyidbəyova şəhərin müalicə ocaqlarında yol verilən nöqsanlardan, onların aradan qaldırılmasına yönəldilən islahatlardan, kadrlar, elm və təhsil şöbəsinin baş məsləhətçisi Naibə Əzizova kadrların qarşısında duran vəzifələrdən, sanitariya və epidemiologiya nəzarəti sektorunun müdiri Viktor Qasımov yoluxucu xəstəliklərə, eləcə də “quş qripi”nə qarşı aparılan profilaktik tədbirlərdən danışdılar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində təmsil olunur

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib