Şəki gəncləri Gəncə terroru qurbanlarının xatirəsini anıblar
Şəki, 18 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Vətən müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti, beşinci dəfə raket hücumuna məruz qalmasından bir il ötür. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə 17 oktyabr - Gəncə terroru ilə bağlı sosial aksiya keçirilib.
Nümayəndəlikdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, şəkili gənclər Gəncə terroru ilə bağlı fotoşəkilləri şəhərin müxtəlif yerlərində əllərində tutaraq nümayiş etdirib, terror qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Sosial aksiya şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.