ŞƏKİ RAYONUNDAKI DAŞÜZ BƏLƏDİYYƏSİ TORPAQ HƏRRACINA HAZIRLAŞIR
Şəki, 3 avqust (AZƏRTAC). Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən bildirmişlər ki, avqustun 14-də Şəkidə torpaq hərracı keçiriləcəkdir.
Şəki şəhəri, 20 Yanvar küçəsi, 8 ünvanında keçirilməsi nəzərdə tutulan hərracda rayonun Daşüz bələdiyyəsi satışa 1200 kvadratmetr torpaq sahəsi çıxaracaqdır. I qrup əkin torpaqları kateqoriyasına aid edilən həmin torpaq sahəsi həyətyanı istifadə üçün nəzərdə tutulur.
Hərracda iştirak etmək istəyənlər avqustun 13-dək rayon torpaq hərrac və müsabiqə komissiyasına ərizə ilə müraciət edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Kosmik hava proqnozu açıqlanıb
- [14:42]
Bu saata olan əsas xəbərlər
- [12:00]
WUF13-ün ikinci günü – FOTOLAR
- [11:41]