Şəki şəhərinin mərkəzində aşkarlanan ayı Milli Parkda volyerdə müşahidə altındadır
Bakı, 1 iyun, AZƏRTAC
Şəki şəhərinin mərkəzində aşkarlanan qonur ayı Altıağac Milli Parkındakı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə yerləşdirilib, həkim-mütəxəssislər tərəfindən müayinə olunub, ona ilkin tibbi yardım göstərilib və nəzarətə götürülüb.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.
Onun verdiyi məlumata görə, hazırda ayı volyerdə müşahidə altındadır. Bir müddət mərkəzdə reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.
Nazirliyin sözçüsü qonur ayıya tibbi və digər texniki yardım göstərdiklərinə görə Bakı Zooparkının direktoru Azər Hüseynova, baytar həkim Canpolad Əmirova və zooparkın əməkdaşı Vüqar Həsənova minnətdarlığını bildirib.
Xatırladaq ki, mayın 31-də gecə saat 4 radələrində Şəki şəhərinin mərkəzində qonur ayının hərəkət etdiyi müşahidə olunub. Ayının sağ-salamat Altıağac Milli Parkındakı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə aparılması üçün bütün zəruri tədbirlər görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [15:37]
Sabah dəniz suyunun temperaturu 24 dərəcəyədək isti olacaq
- 18.06.2026 [13:25]
Növbəti iki gün hava əsasən yağmursuz keçəcək – PROQNOZ
- 18.06.2026 [12:35]
Sabah Azərbaycanda havanın temperaturu 38 dərəcəyədək yüksələcək
- 17.06.2026 [15:52]
Mütəxəssis: Səhralaşmanın toxunmadığı materik və qitə yoxdur
- 17.06.2026 [12:53]
Abşeron çimərliklərində hava necə olacaq?
- 17.06.2026 [12:31]
Sabah ölkə ərazisində havanın temperaturu 36 dərəcəyə yüksələcək
- 17.06.2026 [12:03]
Xəzər dənizində zəlzələ qeydə alınıb
- 17.06.2026 [08:50]