ŞƏKİ TEATRI YENİ MÖVSÜMƏ HAZIRLAŞIR
Teatrın direktoru Hikmət Nəbiyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, mövsümün sentyabrın 25-nə təyin edilən açılış günündə yaradıcı kollektiv teatrsevərlərə polyak dramaturqu Slavomir Mrojekin ikihissəli “Xoşbəxt hadisə” komediyasını təqdim edəcəkdir. Tamaşanın quruluşçu rejissoru Mirbala Səlimli, rəssamı Söhrab Ərəbov, musiqi tərtibatçısı isə İlqar Saatovdur. Tamaşada əsas rolları Akif Yusifov, Xəyal Abbaszadə, Xanlar Həşimzadə, Əbülfət Salahov və başqaları ifa edirlər.
Teatrda Mirzə Fətəli Axundovun “Hekayəti-Molla İbrahimxəlil kimyagər” komediyası üzərində də məşqlər davam etdirilir. Yaradıcı kollektiv Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında hazırlanan bu tamaşanı oktyabrda təhvil verməyi planlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:14]
Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO
- 16.10.2026 [11:12]
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq
- 15.10.2026 [16:04]
Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]