ŞƏKİ TEATRI YENİ MÖVSÜMƏ HAZIRLAŞIR
Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında yeni mövsümə hazırlıq işləri davam etdirilir.
Teatrın direktoru Hikmət Nəbiyev AZƏRTAC-a bildirmişdir ki, sentyabrın 15-nə təyin edilmiş açılış günündə yaradıcı kollektiv teatrsevərlərə rejissor Novruz Cəfərovun “Buna da ... şükür”
ikihissəli komediyasını təqdim edəcəkdir.
Tamaşanın rəssamı Qüdrət Məmmədov, musiqi tərtibatçısı İlqar Saatovdur. Əsas rolları Xanlar Həşimzadə, Aydın Əlibalayev, Brilyant Babayeva, Xəyal Abbaszadə və başqaları ifa edirlər.
Teatrda eyni zamanda, Georgi Xuqayevin “Bişmiş yumurta və çiy məhəbbət” komediyası üzərində də məşqlər davam etdirilir. Oktyabrın sonunda isə teatrın yaradıcı kollektivi bu ildə ikinci dəfə Türkiyənin İstanbul şəhərinə qastrol səfərinə yola düşəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:11]
“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib
- 16.06.2026 [12:06]
Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb
- 16.06.2026 [10:50]
Milli Qurtuluş Günü Türkiyədə möhtəşəm konsert proqramı ilə qeyd olunub
- 16.06.2026 [00:50]