ŞƏKİ TEATRI YENİ MÖVSÜMƏ HAZIRLAŞIR
Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı yeni mövsümə hazırlıq işlərini davam etdirir.
Teatrın direktoru Hikmət Nəbiyev AZƏRTAC-a bildirmişdir ki, sentyabrın 15-də yaradıcı kollektiv teatrsevərlərə rejissor Novruz Cəfərovun “Buna da ... şükür” ikihissəli komediyasını təqdim edəcəkdir.
Tamaşanın rəssamı Qüdrət Məmmədov, musiqi tərtibatçısı İlqar Saatovdur. Əsas rolları Xanlar Həşimzadə, Aydın Əlibalayev, Brilyant Babayeva, Xəyal Abbaszadə və başqaları ifa edirlər.
Bundan başqa Georgi Xuqayevin “Bişmiş yumurta və çiy məhəbbət” komediyası üzərində də məşqlər gedir. Oktyabrın sonunda kollektiv Türkiyənin İstanbul şəhərinə qastrol səfərinə yola düşəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:11]
“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib
- 16.06.2026 [12:06]
Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb
- 16.06.2026 [10:50]
Milli Qurtuluş Günü Türkiyədə möhtəşəm konsert proqramı ilə qeyd olunub
- 16.06.2026 [00:50]