Şəki Uşaq İncəsənət Məktəbinin müəllimləri şəhid ailələrini ziyarət ediblər
Şəki, 10 mart, Mustafa Dadaşov, AZƏRTAC
Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin kollektivi tərəfindən şəhidlərin ailə üzvləri və Vətən müharibəsinin qaziləri ilə görüşlərin keçirilməsi artıq bir ənənə halını alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu günlərdə məktəbin rəhbərliyi və bir qrup müəllimi torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda başlanan və şanlı zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Vasif Həmidovun və Nicat İsmayılovun ailələrinə baş çəkib, onların qayğıları ilə maraqlanıb, ailələrə maddi və mənəvi dəstək göstəriblər.
“Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində keçirilən görüşlərdə şəhidlərin keçdikləri şərəfli döyüş yolundan söz açılıb, onlar haqqında xoş xatirələr səsləndirilib.