ŞƏKİ XAN SARAYININ BƏRPASI YAXIN VAXTLARDA BAŞA ÇATDIRILACAQDIR
Mədəni İrsin Qorunması Layihəsi işçi qrupundan AZƏRTAC-a bildirmişlər ki, Şəki Xan Sarayında bərpa işləri başa çatmaq üzrədir. Sarayın dam örtüyü dəyişdirilərək kirəmidlər düzülür, fasadı Almanıyadan gətirilmiş xüsusi əhəng materialı ilə suvanır. İnteryerlərdə divar rəsmlərinin bərpası davam etdirilir. Görülən işlərə almaniyalı mütəxəssislərlə yanaşı, yerli rəssamlar da cəlb olunublar.
Sarayın həyətində abadlaşdırma işləri də gorülür.
Bərpa işlərinin iyunun axırlarında yekunlaşdırılması nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]