Şəkidə mal-qara oğruları saxlanılıb
Bakı, 25 iyul, AZƏRTAC
Şəki Şəhər Rayon Polis Şöbəsinə rayonun Yeni Çələbixan qəsəbəsində ümumi dəyəri dörd min manatdan çox olan iribuynuzlu mal-qaranın oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dörd baş dananı oğurlayan şəxslərin Şəki şəhər sakinləri Famil Səmədov və Sabir Pirməmmədov olduqları müəyyənləşdirilib. Onlar şübhəli şəxs qismində saxlanılıb. Oğurlanmış heyvanlar isə F.Səmədovun yaşadığı evin həyətyanı sahəsində aşkarlanıb və onlar sahibinə geri qaytarılıb. F.Səmədov və S.Pirməmmədov həmin heyvanları sataraq pul əldə etmək məqsədində olduqlarını bildiriblər.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Saxlanılan şəxslərin digər cinayət əməllərində iştiraklarının olub-olmaması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]