REGİONLAR
Şəkidə sahibsiz itlər sakinlərə xəsarət yetirib
Şəki, 9 noyabr, AZƏRTAC
Şəkinin Baş Göynük və Cəfərabad kəndlərində sahibsiz itlər iki nəfərə hücum edib.
AZƏRTAC xəbər verir ki, rayonun Cəfərabad kənd sakini, 58 yaşlı Şahin Allahverdiyev işdən evə qayıdarkən sahibsiz it ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Digər hadisə isə rayonun ucqar dağ kəndlərindən olan Baş Göynükdə qeydə alınıb. Burada isə sahibsiz it küçədə 12 yaşlı Aydan Nəsibovaya hücum edərək onu dişləyib.
Hər iki şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Sakinlərə ilkin tibbi yardım göstərilib, daha sonra quduzluq əleyhinə vaksin vurulub. Həyatları üçün təhlükə sovuşandan sonra sakinlər həkim nəzarəti altında ambulator müalicə üçün evlərinə buraxılıb.