Şəkidə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilir
Şəki, 8 may (AZƏRTAC). Ulu öndərimizin anadan olmasının 88-ci ildönümü münasibətilə Şəki şəhərindəki Heydər Əliyev xatirə muzeyində silsilə tədbirlər keçirilir. Tədbirlər planına uyğun olaraq, mayın 1-dən etibarən şəhərdə fəaliyyət göstərən idarə və müəssisələrin, ali, orta ixtisas və ümumtəhsil məktəbləri kollektivlərinin muzeyə kütləvi ekskursiyaları təşkil olunur.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Müəllimlər İnstitutu Şəki filialının təşkilatçılığı ilə muzeydə “Heydər Əliyevin ideya-nəzəri irsi milli dövlətçiliyimizin ideoloji təməlidir” mövzusunda konfrans keçirilmişdir.
Xatirə günləri çərçivəsində muzeydə şəhər gənclər və idman idarəsinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda seminarın, şəhər təhsil şöbəsi tərəfindən elmi-nəzəri konfransın, mədəniyyət və turizm şöbəsinin təşkilatçılığı ilə “Uşaqların sevimli babası” mövzusunda ədəbi kompozisiyanın, “Heydər Əliyev ideologiyasını yaşadırıq” və digər mövzularda tədbirlərin keçirilməsi də nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]