Səkkiz ayda əlilliyi olan şəxslərə 94 min reabilitasiya vasitəsi verilib
Bakı, 17 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-avqust aylarında əlilliyi olan şəxslərə 94 min reabilitasiya vasitəsi verilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 5,6 mini təkərli oturacaq (o cümlədən 48-i mühərrikli təkərli oturacaq), 1,7 mini aşağı və yuxarı ətraf protezi, 4,5 mini əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.
Həmçinin əlilliyi olan şəxslərə 7,1 min cüt protez və ortopedik ayaqqabı, 347 eşitmə aparatı, 388 korset və digər reabilitasiya vasitələri təqdim olunub.
Bu ilin 8 ayında əlilliyi olan 10,4 min şəxs reabilitasiya vasitələri ilə təmin edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 11.06.2026 [19:08]
Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar
- 11.06.2026 [17:57]
Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb
- 11.06.2026 [17:37]
Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib
- 11.06.2026 [17:36]