SƏMƏD VURĞUN ADINA MƏDƏNİYYƏT VƏ İSTİRAHƏT PARKI İSTİFADƏYƏ VERİLMİŞDİR
Açılış mərasiminə şəhər ictimaiyyətinin nümayəndələri, şairin qüdrətli poeziyasının pərəstişkarları, məktəblilər, ustadın doğmaları qatılmışdılar.
Dahi sənətkarın büstü önünə tər çıçəklər, gül dəstələri düzülmüş, ruhuna dualar oxunmuşdur.
Mərasimi giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Mərdan Camalov şairin parlaq poeziyasının nəsillərə əsil ruhi qida verdiyini nəzərə çarpdırmış, dünyanın qüdrətli söz sərkərdələri sırasında özünəməxsus yer tutan Səməd Vurğunun azərbaycanlı adına gətirdiyi böyük şərəf və ləyaqətdən danışmışdır.
Məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya hamıda xoş ovqat yaratmışdır.
Tədbirdə Milli Məclisin deputatı Azay Quliyev çıxış edərək görülən işləri ölkəmizin başçısı İlham Əliyevin diqqət və qayğısının təzahürü kimi qiymətləndirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:57]
Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb
- 12.10.2026 [18:34]
“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb
- 12.10.2026 [18:20]
İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib
- 12.10.2026 [16:48]
Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib
- 12.10.2026 [16:26]
Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb
- 12.10.2026 [16:23]
Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram
- 12.10.2026 [16:10]