SƏMƏD VURĞUN VƏ NİZAMİ KÜÇƏLƏRİNİN KƏSİŞMƏSİNDƏ NƏQLİYYATIN HƏRƏKƏTİ BƏRPA OLUNMUŞDUR
Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, Səməd Vurğun küçəsi ilə Nizami küçəsinin kəsişdiyi yerdə nəqliyyatın hərəkəti bərpa olunmuşdur.
Burada yeraltı piyada keçidinin tikintisi ilə əlaqədar nəqliyyatın hərəkəti müvəqqəti dayandırılmışdı. Əsas beton işləri başa çatandan sonra keçidin üstünə asfalt örtük döşənmiş, nəqliyyatın hərəkəti bərpa olunmuşdur.
Keçidin eni 5 metrdir. Tikintinin başa çatdırılmasına 1,245 milyon manat xərclənməsi nəzərdə tutulub. Obyekt ilin sonunadək istifadəyə veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [12:11]
Doqquz ayda külək elektrik stansiyalarından istehsal 27 dəfə artıb
- 16.10.2026 [12:03]
Bu il Azərbaycanda 620 yeni dövlət standartı qəbul edilib
- 16.10.2026 [12:01]
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi baza yaradılır
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]