Şəmkir şəhərinin küçələri abadlaşdırılır
Şəmkir, 3 dekabr, Vüsalə Cənnətova, AZƏRTAC
Şəmkir şəhərində 5 küçədə abadlaşdırma işləri aparılır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, təmir işləri Cahangir Əliyev, Tofiq İsmayılov, İsmət Qayıbov, Rəşad Yusibov, Səməd Vurğun küçələrində aparılır. Yeni görkəmə salınan küçələrdə divarların suvanması, üzlük materiallarla üzlənməsi, fasadların və metal səthlərin boyanması kimi işlər həyata keçirilir. Növbəti mərhələdə Şəmkir şəhərinin Gədəbəy rayonu istiqamətində girişinin abadlaşdırılması, həmçinin Mərkəzi parkda və Xəqani İbrahimli adına parkda uşaq oyun meydançalarının yaradılması, idman qurğularının yerləşdirilməsi planlaşdırılır.