Şəmkirdə baş verən yanğın zamanı bir nəfər ölüb, üç nəfər xəsarət alıb
Bakı, 11 fevral, AZƏRTAC
Şəmkir rayonunun Ələsgərli kəndində ümumi sahəsi 70 kvadratmetr olan birmərtəbəli evdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, nəticədə üçotaqlı ev yararsız vəziyyətə düşüb. Yanğının kəşfiyyatı zamanı 1960-cı il təvəllüdlü Əhmədova Mahı Bayraməli qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Hadisə nəticəsində üç nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]