ŞƏMKİRDƏ SƏHİYYƏ OCAQLARI MÜASİR SƏVİYYƏDƏ QURULUR
AZƏRTAC xəbər verir ki, ötən il Şəmkirin səhiyyə işçiləri üçün yaddaqalan olmuşdur. Rayonun Tatarlı kəndində 35, Çinarlı kəndində 60, Zəyəm Çırdaxan kəndində 35 çarpayılıq xəstəxana binaları istifadəyə verilmiş, Yeni Göyçə kəndindəki sahə xəstəxanası təmir edilərək müasir avadanlıqla təchiz edilmiş, Düyərlidəki sahə xəstəxanasının maddi-texniki bazası möhkəmləndirilmişdir. Mərkəzi rayon xəstəxanasına 9 avtomaşın alınmış, İtaliya istehsalı olan bir neçə diaqnostika aparatı quraşdırılmışdır.
Hazırda rayonda ən böyük səhiyyə ocaqlarından olan Kür qəsəbə xəstəxanası tamamilə yenidən qurulur. Mərkəzi rayon xəstəxanasının terapiya şöbəsi üçün korpus tikilir. Beynəlxalq Tibb Korpusunun maliyyə dəstəyi ilə rayonun 9 kəndindəki həkim məntəqələrində təmir işləri aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]