Şəmkirin Zəyəm Cırdaxan kəndinə yeni su xətti çəkilir
Şəmkir, 21 iyun, Rauf Hacıyev, AZƏRTAC
Xaricdə fəaliyyət göstərən şəmkirli iş adamları Şəmkir rayonunda yalnız istehsal sahələrinin işə düşməsində deyil, sosial layihələrin icrasında da yaxından iştirak edirlər. Bu işlərin davamı olaraq rayon icra hakimiyyəti və Zəyəm Cırdaxan kəndinin Rusiyada fəaliyyət göstərən iş adamları birgə yeni layihənin icrasına başlayıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, uzun zamandır susuzluqdan əziyyət çəkən rayonun ən böyük kəndi olan Zəyəm Cırdaxana yeni su xəttinin çəkilişinə başlanılıb.
İş icraçıları bildiriblər ki, 730 millimetrlik polad borularla çəkilən su xəttinin uzunluğu 7 kilometrdir. Mənbəyini Zəyəm çayından götürən yeni su xəttinin istismara verilməsi ilə kəndin su təchizatında olan problemlər tamamilə aradan qalxacaq.
Qeyd edək ki, Zəyəm Cırdaxan kəndi rayon mərkəzindən 25 kilometr uzaqlıqda yerləşir və əhalisinin sayı 10 minə yaxındır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2026 [16:43]
I MDU Yaşıl Kampus İdman Festivalı təşkil edilib VİDEO
- 10.05.2026 [16:12]
Daşkəsəndə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib
- 10.05.2026 [15:03]