ŞƏMKİRLİLƏR GÜRCÜSTANDAKI SOYDAŞLARIMIZA YARDIM GÖSTƏRMİŞLƏR
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Şəmkir rayonu rəhbərliyinin nümayəndələri əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edən Dmanisi rayonunun Cəfərli kəndinə gələrək maddi yardım göstərmişlər. Həmin yardım hesabına tikinti materialları alınmış, körpü bərpa edilmişdir. Kənd sakinləri, rayon rəhbərliyinin nümayəndələri, ağsaqqallar körpünün bərpasına, eləcə də yerli məktəbin təmirinə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər. Onlar qeyd etmişlər ki, ümummilli liderimiz Heydər Əliyev indiyədək Gürcüstanda yaşayan azərbaycanlıları heç vaxt yaddan çıxarmamışdır. Soydaşlarımız bu siyasəti davam etdirən Azərbaycan rəhbərliyinin diqqət və qayğısını heç vaxt unutmayacaqlarını vurğulamışlar.