Senatın sədri: Azərbaycanla Pakistan arasında sıx qardaşlıq münasibətləri mövcuddur

Bakı, 19 fevral, AZƏRTAC
Biz parlamentin üzvləri olaraq, xalqlar arasında sıx təmaslara böyük önəm veririk. İkitərəfli görüşlərdə müxtəlif sahələrdə əməkdaşlıq üzrə müzakirələr apara bilirik.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Pakistan Senatının sədri Syed Yusuf Raza Gilani deyib.
O, həmçinin Azərbaycanla Pakistan arasında sıx qardaşlıq münasibətlərinin mövcud olduğunu diqqətə çatdırıb.