Azərbaycan Dövlət İnformasiya Agentliyi

SƏNGƏÇAL TERMİNALI GENİŞLƏNDİRİLİR

Fevralın 20-də Səngəçal neft terminalının genişləndirilməsinə başlanması ilə əlaqədar işlərin bünövrəsinin qoyulması mərasimi keçirilmişdir. bp şirkəti Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti \ABƏŞ/, “Şahdəniz” yatağında kəşfiyyat, hasilat və pay bölgüsü haqqında Sazişin iştirakçıları və Bakı-Tbilisi-Ceyhan layihəsi üzrə tərəfdaşlar adından Səngəçalda sahil terminalını genişləndirməyə dair ilk müqavilələri imzalamışdır. Müqavilələr TEKFEN Konstrakşn ənd İnstalleyşn Ko., İnk., Türkiyə və ARDNŞ tərəfindən yaradılmış AZFEN müştərək müəssisəsinin daxil olduqları TEKFEN - AZFEN Alyansı ilə imzalanmışdır.

bp şikrətinin prezidenti Devid Vudvord mərasimdə çıxış edərək bildirdi ki, ABƏŞ bu müqavilələrlə əlaqədar “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsi üzrə rəhbər komitənin 2001-ci il avqustun 30-da verdiyi yataqların tammiqyaslı işlənməsinə dair layihənin 1-ci fazası çərçivəsində tikinti mərhələsi başlandıqdan sonra beynəlxalq podratçılar arasında tenderlər keçirmişdir. Rəqabət şəraitində təxminən səkkiz ay davam edən hərtərəfli tenderlər nəticəsində ilkin mülki tikinti işlərini və əsas tikintinin həyata keçirilməsi müqaviləsini yerinə yetirmək TEKFEN-AZFEN Alyansına tapşırılmışdır. Bu müqavilə aralıq razılaşdırmalar mərhələsindədir və 2002-ci il martın axırlarında bağlanacaqdır.

İlkin mülki tikinti müqaviləsi çərçivəsində işlərə təqribən 1.300.000 kvadratmetr sahədə təmizləmə işləri aparılması, təxminən 650.000 kubmetr torpaq qazılması, 7200 metr uzunluğunda hasar və terminala 2750 metr uzunluğunda dəmir yolu çəkilməsi daxildir. Bu müqavilə çərçivəsində Səngəçal terminalında “Şahdəniz” yatağından qazın ixrac layihəsi və Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsi üçün sahə hazırlanması işləri də görüləcəkdir.

Nəzərdə tutulduğuna görə, ilkin mülki tikinti işlərinin qızğın dövründə inşaat işlərində təxminən 525 adam çalışacaq və onların əksəriyyəti Azərbaycan vətəndaşları olacaqdır. Onların 150 nəfəri rəhbər vəzifələrdə və yardımçı xidmət sahələrində işləyəcəkdir.

İşlər bu il yanvarın 7-də başlanmışdır və iyun-iyul aylarında sona çatdırılacaqdır. Terminalda əsas tikinti müqaviləsi üzrə işlərə dəniz obyektlərində hasilatı getdikcə artan məhsulun burada yerləşdirilməsi və emalı üçün lazım olan bütün işlərin görülməsi daxildir. Təxminən 2500 ton avadanlıq, konteyner və nasos quraşdırılacaqdır. Bu isə təqribən 60.000 metr uzunluğunda 36 düymlük polad boru, kabellər və kabel kronşteynləri üçün 20.300 metr novalça və 350.000 metr kabel şəbəkələri çəkilməsi deməkdir. Bundan əlavə, görüləcək işlərə müxtəlif nəzarət binalarının, aparat və kommunikasiya otaqları və anbarlarının tikintisi də daxildir.

Bu müqavilə üzrə işlərin həyata keçirilməsində də xeyli yerli sakin iştirak edəcəkdir. Gözlənildiyinə görə, əsas tikintiyə görə müqavilə çərçivəsində işlərin qızğın çağında burada təxminən 750-900 Azərbaycan vətəndaşı çalışacaq, müqavilənin qalan hissəsini isə Türkiyənin TEKFEN şirkətinin mütəxəssisləri yerinə yetirəcəklər. Yardımçı xidmətlər sahəsində əlavə iş yerləri yaradılacaqdır. İşlərə yaxınlıqdakı qəsəbələrdən də lazımi əmək ehtiyatları cəlb etmək nəzərdə tutulur.

Əsas tikinti çərçivəsində inşaat işləri bu ilin martında başlanacaq və güman edildiyinə görə, 2004-cü ilin sentyabrında axıra çatdırılacaqdır. 1-ci faza çərçivəsində terminalın genişləndirilməsi işlərinin görülməsinə dair gələcək əsas müqavilələr hələ müəyyən edilməmişdir. Bunlar 110.000 ton tutumu olan əlavə çən-anbarların hazırlanması və inşaası haqqında müqavilələrdir.

Yeni çən-anbarların inşaası üzrə tenderdə iştirak barədə sifarişlər alınmışdır. Hazırda bu sifarişlərə baxılır. Həmin işlərə dair müqavilənin və ya ara müqaviləsi haqqında sazişin bağlanması 2002-ci il aprelin axırlarına üçün nəzərdə tutulmuşdur.

Tikinti işləri başa çatdırıldıqdan sonra 1-ci faza layihəsi çərçivəsində terminal gündə təxminən 46.000 ton neft qəbul və emal edə biləcəkdir. Neft ixrac sistemi ilə nəql olunacaq dəniz yatağının laylarına təkrar vurulmayacaq və ya yanacaq üçün istifadə edilməyəcək təbii qaz isə Azərbaycanın qaz şəbəkəsinə keçiriləcəkdir.

1-ci faza çərçivəsində terminalın genişləndirilməsi işlərinin ümumi dəyəri təxminən 345 milyon dollara bərabərdir.

ARDNŞ-in prezidenti Natiq Əliyev çıxışında vurğuladı ki, bu gün Azərbaycan üçün tarixi gündür. Layihənin həyata keçirilməsi Azərbaycan Prezidenti Heydər Əliyevin elan etdiyi neft strategiyasının uğurla həyata keçirilməsini davam etdirməyimizə imkan verəcəkdir.

Mərasimin sonunda Devid Vudvord və Natiq Əliyev içərisində yazı olan kapsulu bünövrəyə qoydular.

Xarici işlər naziri Vilayət Quliyev, yanacaq və energetika naziri Məcid Kərimov, Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri Asya Manafova, bir sıra ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri mərasimdə iştirak edirdilər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində təmsil olunur

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO