Sərbəst güləş üzrə Azərbaycan millisi məsul yarışlara Qubada hazırlaşır
Bakı, 26 fevral, AZƏRTAC
Sərbəst güləş üzrə Azərbaycan millisi növbəti təlim-məşq toplanışına start verib.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yığma geniş tərkibdə Qubaya yollanıb.
Quba Olimpiya İdman Kompleksində təşkil edilən hazırlıq prosesi martın 10-dək davam edəcək. Təlim-məşq toplanışında böyüklərlə yanaşı, gənclərdən ibarət millinin üzvləri də yer alıb.
Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifov, Oyan Nəzəriani, eləcə də U-20 milli komandanın böyük məşqçisi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev, Nazim Əlicanov və Əşrəf Əliyevin rəhbərliyi altında 70-dən çox güləşçi həm fiziki, həm də taktiki-texniki çalışmalar üzərində məşq edəcək. ABŞ-dan dəvət edilmiş fiziki hazırlıq üzrə mütəxəssis Mark Alan Filippi də xüsusi fiziki hazırlıq üzrə təmrinlərin həyata keçirilməsində yaxından iştirak edəcək.
Hazırlıq prosesində Qazaxıstan, Rusiya və Belçikadan sınaqçı-rəqiblər (sparrinq) də yer alıb.
Qeyd edək ki, Quba toplanışı Bakıda keçiriləcək məsul yarışlara – Avropa Olimpiya Təsnifat turnirinə (5-7 aprel) və U-23 Avropa çempionatına (20-26 may) hazırlıq xarakteri daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [23:03]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]