Sərbəst güləşçilərimiz Avropa çempionatında mübarizəyə başlayırlar
Bakı, 19 aprel, AZƏRTAC
Bu gün Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı start götürür.
AZƏRTAC xəbər verir ki, qitə birinciliyinin ilk günlərində sərbəst güləşçilər mübarizə aparacaqlar.
Çempionatın ilk günündə 5 güləşçimiz xalça üzərinə çıxacaq. Belə ki, güləşçilərimizdən Əfqan Xaşalov (57 kq) yunanıstanlı Yannis Martidis, Əli Rəhimzadə (65 kq) ermənistanlı Gevorq Tadevosyan, Turan Bayramov (70 kq) Nikolae Koyokaru (Böyük Britaniya), Rəşad Yusifli (79 kq) Polşa güləşçisi Andrey Sokalski, Şamil Zubairov (97 kq) isə rumıniyalı Albert Saritov ilə qarşılaşacaq.
Yarışın proqramına əsasən, aprelin 19-21-də sərbəst, 21-23-də qadın, 23-25-də isə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Görüşlər hər gün Bakı vaxtı ilə saat 13:30-da start götürəcək.
Qeyd edək ki, qitə birinciliyində beynəlxalq dərəcəli hakim Hicran Şərifov ədaləti qoruyacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:27]
Antonio Rüdiger “Real Madrid”lə yeni müqavilə imzalayıb
- 16.06.2026 [14:18]
“Gəncə” üç voleybolçu ilə vidalaşıb
- 16.06.2026 [13:11]
AFFA-da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub
- 16.06.2026 [12:54]
Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start götürəcək
- 16.06.2026 [12:46]
“Şəfa” Elnur Cəfərovla müqavilə müddətini uzadıb
- 16.06.2026 [12:40]
Azərbaycanın stolüstü tennisçisi Çində hazırlıq keçəcək
- 16.06.2026 [12:12]
Tunis millisinə yeni baş məşqçi təyin olunub
- 16.06.2026 [12:05]
Toral Bayramov: Portuqaliya millisi dünya çempionatındakı favoritimdir
- 16.06.2026 [11:50]